Hadisə

“Müəllim gecikdiyi üçün şagirdə döşəmə sildirib, videoya çəkib” – Video

Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə müəllimin şagirdə döşəmə sildirdiyi iddia olunur.

Bu barədə şagirdin bacısı Patrul.az-a danışıb.

O bildirib ki, onun qardaşı bir neçə gün əvvəl dərsə bir neçə dəqiqə gecikdiyi üçün müəlliməsi Cəmilə Quliyeva cəza olaraq şagirdə məktəbin dəhlizini sildirib və həmin anların videosunu çəkib. Daha sonra da qeyd edib ki, bu hal təkrarlanarsa, növbəti dəfə ayaq yolunu sildirəcək. Bundan əlavə şagirdin bacısı bildirib ki, müəllimənin dediklərinə əsasən, bu, məktəbin direktoru Elnura Cavadzadənin qoyduğu daxili qaydadır.

Qeyd edək ki, şagirdin bacısı C.Quliyeva ilə telefon danışığını lentə alıb.

Həmin kadrları təqdim edirik:

Səsləndirilən iddialarla bağlı Abşeron-Xızı Şəhər Təhsil İdarəsinə müvafiq sorğunu ünvanlamışıq.

Bənzər yazılar

Back to top button