İqtisadiyyat

“Azərenerji” prezidentinə məxsus şirkət cərimələndi – Dövlətə yarım milyondan çox borcu var

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev məxsus olan şirkət məhkəmə tərəfindən cərimələnib.

32gun.az-ın məlumatına görə, “Göknur Bakı LTD” MMC-yə qarşı Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi , 24 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərib.

MMC haqqında protokol dərc edilməsinin səbəbi şirkətə məxsus gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda bəyən edilərək 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlancı başa çatsa da, qeyd olunan malların gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduranda rəsmiləşdirilməməsi olub.

Məhkəmənin qərarı ilə, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Onu da qeyd edək ki, şirkətin qanuni təmsilçisi Baba Rzayevin qardaşı Rahib Rzayevdir. “Göknur Bakı LTD” MMC-nin bu günə olan məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi 531 min 815 manat 13 qəpik borcu var.

Bənzər yazılar

Back to top button