İqtisadiyyat

Nazirlik bu şəxsdən yarım milyona ofis icarəyə götürür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, Məşğulluq Agentliyinin xidməti aparatı üçün inzibati sahənin icarəyə götürülməsiylə bağlı tenderin qalibi Alim Yusif oğlu Qiyasov (VÖEN – 1302620552) olub. Məşğulluq Agentliyi Alim Qiyasova məxsus 1 980 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürəcək və icrə haqqı olaraq 169 min 428 manat 60 qəpik (ayda 28 min 238 manat) ödəyəcək.

Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Alim Qiyasovdan 2 ay əvvəl də ofis icarəyə götürüb. Belə ki, 2023-cü ilin yanvar ayında nazirliyin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2 034 kv. metr sahəsi olan inzibati binanın 12 aylıq icarəsi üçün Alim Qiyasova 347 min 814 manat (ayda 28 min 984 manat) ödəyib.

Məlumat üçün onu da qeyd edək ki, nazirliyin 517 min manatlıq tenderinin qalibi olan Alim Qiyasovun sahibkar olduğu bildirilir.

Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.

Bənzər yazılar

Back to top button