Siyasət

Azərbaycan xarici işlər nazirinin ABŞ dövlət katibinin köməkçisilə görüşü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərdə Birləşmiş Millətlər Təşkilatının az inkişaf etmiş ölkələr üzrə beşinci konfransı çərçivəsində ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Sisonla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Bayramov Bakının sülhməramlı səyləri və Ermənistanın buna məhəl qoymamasə barədə məlumat verib.

Belə ki, Ermənistan öz öhdəliklərinə zidd olaraq mina təhdidləri yaratmağa davam edir. Bayramov həmçinin regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın sülh quruculuğu tədbirləri, azad edilmiş ərazilərdə bərpa və tikinti işləri, habelə mövcud mina təhlükəsi barədə danışıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bənzər yazılar

Back to top button