Hadisə

Əvəz Zeynallının işi üzrə ibtidai istintaq başa çatıb

Xural.tv” İnternet televiziyasının təsisçisi Əvəz Zeynallının işi üzrə ibtidai istintaq başa çatıb.

Zeynallının xanımı Məlahət Zeynallı (Qisuri) bildirib ki, cinayət işinin xətm edilməsilə bağlı vəkillərin istintaq orqanına verdiyi vəsatət təmin edilməyib.

Əvəz Zeynallı özünə qarşi ittihamların tamamilə əsassız və saxta olması səbəbilə istintaqda heç bir ifadə verməyib və heç bir sənədi imzalmayıb.

Eyni zamanda, Zeynallı xanımına bildirib ki, işin digər fiqurantı, vəkil Elçin Sadıqovun istintaqının müxtəlif mərhələlərində “ziddiyyətli ifadələrdən təəccüblənib”.

Vəkil Elçin Sadıqovdan şərh almaq mümkün olmayıb.

2022-ci il sentyabrın 10-da vəkil Elçin Sadıqov və “Xural TV” İnternet televiziyasının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb.

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button