İdman

“Real”dan “Barselona”ya transfer oluna bilər

“Real”ın yarımmüdafiəçisi Marko Asensio “Barselona”ya transfer oluna bilər.

Qol.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, ispan futbolçunun Madrid təmsilçisindəki gələcəyi şübhə altındadır. Onun müqaviləsi 2022/2023 mövsümünün sonunda başa çatır. Marko klubun son iki matçını buraxıb. La Liqanın 24-cü turunda “Betis”lə oyunda (0:0) baş məşqçi Karlo Ançelotti futbolçunu isinmə hərəkətlərinə göndərib. Asensio 30 dəqiqədən çox isinmə hərəkəti etsə də, meydana buraxılmayıb. Bu da onun narazılığına səbəb olub.

Bildirilib ki, “Barselona” vəziyyəti izləyir və Marko ilə müqavilə imzalamağa cəhd edə bilər. 27 yaşlı yarımmüdafiəçinin özü də Kataloniya təmsilçisinin təklifini nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Asensio ilə “Barselona” ilə yanaşı, “Milan” və “Arsenal” da maraqlanır.

Bənzər yazılar

Back to top button