Dünya

Diplomatlk böhran: Şimal maralı qalmaqala səbəb oldu

Şimal maralı İsveç və Norveç arasında diplomatik böhrana səbəb olmaq üzrədir.

Qaynarinfo xəbər verir ki, “Lappekodisillen” razılaşmasının vaxtı bitir, lakin müqaviləni yeniləmək üçün hələlik əməli addımlar atılmayıb. Saziş şimal maralının İsveç və Norveç sərhədində sərbəst hərəkətini nəzərdə tutur.

Şimal maralı Skandinaviya xalqlarının təsərrüfatında əhəmiyyətli rola sahibdir. “Lappekodisillen” müqaviləsi tərəflərin şimal maralından əldə etdiyi xeyrin miqdarını müəyyənləşdirir.

Norveçin kənd təsərrüfatı naziri Con Georg Dale sərhədlərin yenidən müəyyənləşdirilməsini tələb edir. Lakin öz ölkəsindəki fermerlərin maraqlarını qorumağa çalışan İsveç isə sərhədlərin uzun illər əvvəl razılaşdırıldığını və sərhədlərin dəyişdirilməsinin qeyri-mümkünlüyünü vurğulayır.

Bənzər yazılar

Back to top button