CəmiyyətManşet

Vətəndaşlığı və yaşama icazəsini ən ucuz harada almaq olar?

Azərbaycanlılar yaşamaq üçün başqa ölkələrə gedirlər. Bu, həmişə, SSRİ vaxtlarından belə olub. İttifaq dağıldıqdan sonra çətin doxsanıncı illərdə ölkəni ailələrlə tərk edirdilər. “Həmişəlik” gediş bu gün də davam edir.

Migration Policy Institute-un məlumatına görə, bu gün 1 mln. 147 min azərbaycanlı başqa ölkələrdə yaşayır. Onların 767 mini Rusiyada yaşayır. 82 min nəfər Ukraynada, 48 min nəfər Qazaxıstanda, 20 min nəfər ABŞ-da, bir o qədər insan Özbəkistandan, 19 min nəfər Almaniyada və 17 min nəfər Türkiyədə yaşayır.

Daimi yaşayış ölkəsini dəyişdirmək hər bir insanı təbii hüququdur. Başqa ölkəyə gəldikdən sonra yerli miqrasiya qanunvericiliyi ilə münaqişə yaşamamaq üçün yaşayış icazəsi və vətəndaşlıq almaq qaydalarını bilmək lazımdır. 28 fevral 2023-cü il tarixində Henley & Partners şirkəti investisiyalar vasitəsilə, yəni ölkəyə maliyyə yatırmaqla yüngülləşdirilmiş prosedur hüququndan istifadə ilə yaşayış icazəsi və vətəndaşlıq alınması proqramlarının illik reytinqini dərc edib.

İnvestisiyalara görə rezidentlik proqramı müvəqqəti və daimi yaşayış icazəsi almağın bir yoludur, bu zaman əcnəbi ölkəyə investisiya etməlidir, bu zaman hər il və ya hər iki ildə bir uzatmaq hüququ ilə, adətən bir və ya iki illik müvəqqəti yaşayış icazəsi alır.

Avropa proqramlarına hər iki reytinq liderlik edir: Malta – ən yaxşı investisiya vətəndaşlığı, Portuqaliya – ən yaxşı investisiya rezidentliyi.

Malta səkkizinci ildir naturalizasiya yolu ilə vətəndaşlıq əldə etmə proqramları reytinqində birinci yeri tutur. Bu proqramın şərtlərinə görə, investorlar 36 ay (və ya müstəsna hallarda 12 ay) rezident statusunda qaldıqdan sonra və ölkə iqtisadiyyatına böyük investisiyalar həyata keçirdikdən sonra vətəndaşlıq ala bilərlər.

Karib ölkələri yüksək yerləri tutur. İnvestorları proqramlarda iştirak dəyərinin az olması, habelə Şengen zonası ölkələrinə, Böyük Britaniyaya, Çinə və s. vizasız səyahət etmək imkanı cəlb edir.

Vətəndaşlıq əldə etmək üçün ən az investisiyalar Vanuatu, Santa Lyusiya, Antiqua və Barbuda kimi kasıb ada dövlətlərində nəzərdə tutulub – 100 min dollar. Türkiyədə yerli iqtisadiyyata 400 min dollar investisiya etdikdə investora Türkiyə Respublikasının vətəndaşlığı verilir.

İnvestisiya ilə yaşayış icazəsi proqramları reytinqində, bir il əvvəl də olduğu kimi, ilk iki yeri Avstriya və Portuqaliya tutur. Liderlər üçlüyünə Yunanıstan, İtaliya və İsveçrənin proqramları da daxildir.

Taylandda yaşayış icazəsini cəmi 19 min Amerika dollarına “satın almaq” olar. Avropada müvəqqəti yaşayış icazəsi üçün ən ucuz investisiya Litvada müəyyən edilib – 60 min ABŞ dolları.

Azərbaycanda da iqtisadiyyata investisiya (daşınmaz əmlak satın almaq) və ya yerli işə götürənin dəvəti ilə müvəqqəti yaşayış icazəsi və vətəndaşlıq almaq olar. Digər “yeni vətənlərin” əksəriyyətinin tələb etdiyi kimi yerli dildən imtahan vermək lazım deyil. Qanunda ölkə iqtisadiyyatına minimum 500 000 manat (2022-ci ilin aprelində mövcud olan məzənnə ilə 295 min dollar) investisiya yatırılması; Azərbaycan Respublikası ərazisində minimum 100 000 manatlıq (2022-ci ilin aprelində mövcud olan məzənnə ilə 59 000 dollar) daşınmaz əmlakın mövcudluğu; Azərbaycan Respublikasının banklarına minimum 100 000 manat məbləğində müddətli əmanət qoyulması nəzərdə tutulur.

Henley & Partners-in reytinqlərində investisiya vətəndaşlığı proqramlarının təhlili üçün aşağıdakı meyarlardan istifadə olunub: nüfuz, həyat keyfiyyəti, vizasız giriş, ərizələrə baxılması müddəti və informasiyanın emalının keyfiyyəti, komplaens, investisiya tələbləri, ölkədə yaşamaq zərurəti, başqa ölkələrə köçmək imkanı, ölkələrə səfər etmək zərurəti, prosedurun şəffaflığı.

İnvestisiya vasitəsilə müvəqqəti yaşayış icazəsi reytinqində proqramın yerini müəyyən etmək üçün 10 göstəricidən istifadə olunub: nüfuz, həyat keyfiyyəti, vergi qoyuluşu, başqa ölkələrə vizasız giriş, ərizələrə baxılması müddəti və informasiyanın emalının keyfiyyəti, komplaens, investisiya tələbləri, ümumi xərclər, vətəndaşlıq əldə etmə müddəti və vətəndaşlıq əldə etmək üçün tələblər.(Turan)

Bənzər yazılar

Back to top button