İqtisadiyyat

Dövlət Xidməti çay bazarında inhisarçılıqdan şübhələnir – Araşdırma başladı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qida sektorunda fəaliyyət göstərən aparıcı şirkətlər barəsində araşdırmalar aparır.

Yeniavaz.com xəbər verir ki, Dövlət Xidməti “Sun Tea Çay Fabriki” MMC, “Sun Food” MMC, “Best-Tarım” QSC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC tərəfindən çay bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyəti üzrə araşdırma aparır.

Hazırda Dövlət Xidmətinin apardığı araşdırma “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü, 6- cı və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrədir.

Bənzər yazılar

Back to top button