İdman

Qutidən gürcüyə çağırış: “Real”a gəl, sənə…

“Real”ın sabiq yarımmüdafiəçisi Quti “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliyanın fikirlərinə münasibət bildirib.

Gürcü futbolçu demişdi ki, Quti uşaqlıqda sevimli futbolçusu olub, ancaq onun formasını ala bilməyib. Ona görə də ağ köynəyin üzərinə 14 rəqəmi yazaraq geyinib.

Aut.az xəbər verir ki, Quti “El Chiringuito”nun efirində belə deyib:

“Mən Kvaratsxeliyanın kumiriyəm? Xviça, “Real”a gəl. Sənə formamı göndərəcəm”.

Quti “Real”ın yetirməsidir. 1995-2010-cu illərdə Madrid klubunda çıxış edib, daha sonra bir il “Beşiktaş”da oynayıb və karyerasını bitirib.

Bənzər yazılar

Back to top button