Dünya

Səudiyyə kralı təcili xəstəxanaya yerləşdirildi

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əl Səud Ər- Riyaddakı xəstəxanalardan birinə yerləşdirilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 84 yaşlı monarxa öd kisəsi iltihabı diaqnozu qoyulub. Onun vəzifələrini müvəqqəti olaraq kiçik qardaşı və vəliəhd şahzadə Nəvaf əl-Əhməd əl-Caber əs-Sabah yerinə yetirəcək.

Qeyd edək ki, keçən il mətbuat monarxın insult və mürəkkəb onurğa əməliyyatı keçirdiyini yazmışdı.

Bənzər yazılar

Back to top button