Siyasət

Yerevan sərhəddə Aİ-nin missiyasından sonra Laçın dəhlizində və Qarabağda beynəlxalq missiya istəyir

Beynəlxalq müşahidəçilər qrupunun Laçın dəhlizinə və Dağlıq Qarabağa göndərilməsi zərurətə çevrilir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı ATƏT-in Minsk Qrupunun Fransalı həmsədri Bric Rokfeyi qəbul edərkən bildirib.

Paşinyanın mətbuat xidmətinin məlumatına görə, baş nazir Rokfeyin diqqətini Azərbaycan SQ-nin yerli polislərə “diversiya hücumu” faktına diqqət çəkib.

Azərbaycanlıların hərəkətini “terrorçuluq” adlandıran Paşinyan Azərbaycanı “etnik təmizləmə həyata keçirmək məqsədilə” Qarabağ ermənilərinə qarşı “terror törətməkdə” ittiham edib.

“Yaranmış reallıqlarda Laçın dəhlizinə və Dağlıq Qarabağa faktların müəyyən edilməsi üzrə beynəlxalq qrup göndərilməsi zərurətə çevrilir”, deyə o, qeyd edib.

Tərəflər Aİ-nin Ermənistandakı mülki missiyasının əhəmiyyətini, bu missiyanın regionda sabitliyə və sülhə şərait yaratdığını vurğulayıblar, deyə məlumatda bildirilir.

Bənzər yazılar

Back to top button