Hadisə

Azərbaycanın sabiq müdafiə naziri nitq qabiliyyətini itirdi

Sabiq Müdafiə naziri, general Dadaş Rzayevin səhhətində problemlər yaranıb.

Bu barədə Qaynarinfo-ya generalın ailəsindən bildirilib. Ailə üzvlərinin verdiyi məlumata görə, Dadaş Rzayev danışıq qabiliyyətini itirib:

“General danışa bilmir. 4 il bundan əvvəl insult olub. Həyatdır, bilmək olmur. Həkimlər ümid verir, amma hələ bir nəticə yoxdur. Xarici ölkələrə də apardıq. Allahın özünün əlindədir, günü bu gün də danışa bilər, yaxud da ömürlük də belə qala bilər…”
Xatırladaq ki, general-mayor Dadaş Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli kəndində dünyaya gəlib. 20 fevral 1993 – 17 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Müdafiə Naziri olub. Azərbaycan Respublikası Veteranlar Şurasının sədridir.

Bənzər yazılar

Back to top button