İqtisadiyyat

“1 kiloqramı Azərbaycana 9 manata gəlir, qablaşdırıb 25 manata satırlar”

“Bu ilin birinci yarısında Azərbaycan Şri-Lankadan çay idxal edən ölkələr arasında 6-cı yerdə qərarlaşıb. Hesabat dövründə Şri-Lankadan ən çox çayı İraq (14,73 milyon kiloqram) alıb. Onu 13,33 milyon kiloqramla Türkiyə, 12,34 milyon kiloqramla Rusiya, 7,49 milyon kiloqramla BƏƏ və 5,77 milyon kiloqramla Çin izləyib. Azərbaycanın nə qədər çay idxal etdiyi isə açıqlanmayıb”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Feysbuk profilində yazıb.

O bildirib ki, bu xəbər bir neçə məqama görə onun diqqətini çəkib:

“1 – Bizim Gömrük Komitəsinin rəsmi məlumatına görə, bu ilin ilk 6 ayında Şri-Lankadan 29 milyon 292 min dollarlıq mal almışıq, çox güman, tamamına yaxını məhz çaydır. Elə həmin mənbəyə görə, Azərbaycan 6 aya 6159 ton çay idxal edib (statistik dəyəri 32 milyon 759 min dollar),

2 – Rəsmi məlumata görə, ölkəyə gətirilən çay 1 kiloqramı 5,3 dollar və ya 9 manat olub. Niyə bu vacibdir, onu da deyim – Azərabycanda çay istehsalı ancaq qablaşdırmadan ibarətdir, orada yerli olan ancaq qutunun üzərinə çəkilən salafanla qutu arasında qalan havadır. Yəni, Şri-Lankadan gətirilən çay Azərbaycanda qablaşdırılır və satışa çıxır. Yaxşı, bizdə çay neçəyədir, deyim də, 100 qram çayın ortalama qiyməti 2 manat 50 qəpikdir – yaxşı biznesdir, 1 kiloqramını 9 manata alırsan, sadəcə qablaşdırırsan və 25 manata satışa çıxarırsan,

3 – Bu məsələnin başqa tərəfi də var – hökumət deyir ha ki, qeyri-neft istehsal artır, bu çay məsələsi də yerli istehsal kimi rəsmiləşdirilir. Eyni mənzərə süd məsulları, şəkər və şəkər tozu, düyü, qarabaşaq və s. məhsullarda da müşahidə olunur – xammal alınır, bizdə sadəcə qablaşdırılır və satılır, adı da olur “yerli istehsal”.

Bənzər yazılar

Back to top button