Dünya

Gürcüstan müxalifəti “Xarici agentlər” haqqında qanunun ləğvini tələb edir

Tbilisidə polis “xarici agentlər haqqında qanun”a etiraz edənləri dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

10 minə yaxın etirazçı parlamentin qarşısına toplaşıb.

Etirazçıların əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları tutub.

Toqquşmalar martın 7-də gecə saatlarına qədər davam edib, daha sonra polis etirazçıları parlament binasından uzaqlaşdırıb.

Martın 8-i səhər saatlarında polis Tbilisidə 66 nəfərin saxlanıldığını bildirib.

Xarici agentlər haqqında qanun demokratik QHT-ləri və medianı maliyyədən məhrum etmək məqsədi daşıyır. Bu, Gürcüstan hakimiyyətinin Qərbin təsiri ilə mübarizədə Rusiyanın təcrübəsindən istifadə etmək cəhdidir.

Bütün bunların arxasında İvanişvilinin rusiyapərəst hökuməti dayanır, təslim olmaq fikrində olmayan gürcü müxalifəti deyir.(Turan)

Bənzər yazılar

Back to top button