Cəmiyyət

“Zəlzələdə ölən 4 tələbə AZAL-ın qiymət siyasətinin qurbanı oldu”

“Ombudmanın hesabatında nəzərdə tutulan əsas istiqamət azadlıq hüququ ilə bağlıdır. Bu hüququn təminatı ilə bağlı Milli Məclisdə biz dəfələrlə məsələ qaldırmışıq. Məsələ odur ki, şəxs ölkə ərazisində maneəsiz hərəkət etmək hüququna sahibdir. Şəxsin hüququ pasport qeydiyyatından çıxarılaraq pozulur”.

Yeniavaz.com xəbər verir ki, bunu Ombudsmanın Milli Məclisdəki hesabatı ilə bağlı çıxış edən millət vəkili Fazil Mustafa deyib.

“Bu şəxs nə etməlidir? Azərbaycanın bir bölgəsindən digərinə hərəkət edib yaşamaq imkanına sahib deyil. Digər tərəfdən yaşayış yerini seçmək, ölkəni tərk etmək, qayıtmaq azadlığı… Qayıtmaq azadlığı harda var? Sərhədi bağlamışıq. Bu zəlzələdə ölən 4 tələbənin valideynlərinin açıqlamlarını gördünüz? Onun məsuliyyətini hamımız, həm də biz daşıyırıq. Bu adamlar bilet pulu olmadığına görə tətilə qayıda bilmədilər və o tələbələr zəlzələdə dünyasını dəyişdilər. Heç olmasa, tələbəyə bu hüququ verin. Tələbə AZAL-ın qiymət siyasətinə məğlub olmamalıdır, onun qurbanı olmamalıdır. Yaxşı, AZAL göydəndüşmə bir qurumdur, istədiyi qiyməti qoya bilər, onun qarşısına çıxmaq mümkün deyil. Heç olmasa, quru sərhədlərdən tələbənin gəlib getməsi üçün qiyməti müəyyən etmək lazımdır”, – deputat bildirib.

Bənzər yazılar

Back to top button