İqtisadiyyat

KOBİA-nın tenderini “Paşa Holdinq”ə bağlı hotel uddu – 300 min alacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “BAKU BOULEVARD HOTEL COMPANY” MMC (VÖEN – 1402872891) olub.

Müsabiqənin şərtlərinə görə “BAKU BOULEVARD HOTEL COMPANY” MMC KOBİA-nın keçirəcəyi tədbirlər üçün zallar təqdim edəcək və qarşılığında 294 min 233 manat alacaq.

Məlumat üçün bildirək ki, “BAKU BOULEVARD HOTEL COMPANY” MMC 18.07.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Neftçilər pr., ev 153-də yerləşir. MMC-nin qanuni təmsilçisi Patrik Yohannes İzerloedir.

Onu da qeyd edək ki, “BAKU BOULEVARD HOTEL COMPANY” MMC ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə bağlıdır.

Bənzər yazılar

Back to top button