İdman

“Burda belə şeylərə çox fikir verirlər. Nə qədər qazandı? Neylədi?” – De Byazi şikayətləndi

“Mən bu mövzuda danışmağı sevmirəm. Sosial mediada yazılanların 90 faizi səhvdir. Bu tarixən belə olub. Bütün millilərdə qələbəyə görə mükafat olur”.

Bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi İctimai TV-də yayımlanan “Bol İdman” verilişində deyib.

Milli komandanın futbolçularının maaş almadığını xatırladan italiyalı mütəxəssis hansısa uğurlu nəticədən sonra verilən mükafatın normal olduğunu bildirib: “Mən 2011-ci ildən milli komandalarla işləyirəm. Həmişə belə olub. Təbii ki, insan bir işi ilk olaraq sevdiyi üçün görür və qarşılığını da görmək istəyir. Uğur varsa bunun müqabilində mükafatlandırılması da normaldır. Futbolçular millidə maaş almırlar. Burada belə şeylərə çox fikir verirlər. Nə qədər qazandı? Neylədi? Amma daha çox fikirləşmək lazımdır ki, necə edək qələbə qazanaq. Əsas məsələ yaddan çıxır”.

De Byazi qeyd edib ki, Azərbaycana ancaq uğur qazanmaq üçün gəlib: “Mən bura pul qazanmağa gəlməmişəm. Mən bura uğur, nəticə qazanmağa gəlmişəm. İstəsəydim, hazırda evdə ailəmlə oturub rahat yaşayardım”.

Bənzər yazılar

Back to top button