Dünya

Fransada Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

Fransa kəşfiyyat orqanları Parisə Yay Olimpiya Oyunlarının açılış mərasimini ləğv etməyi tövsiyə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Radio Europe 1” Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsindəki mənbəyə istinadla məlumat yayıb.

Paradın hazırkı formatının böyük təhlükəsizlik riskləri daşıdığı və “B planı” adlanan planla dəyişdirilməli olduğu bildirilib. Eyni zamanda, Beşinci Respublikanın daxili işlər naziri Cerald Darmanen cümə axşamı, martın 28-də Fransa xüsusi xidmət orqanlarının rəhbərliyi ilə görüşməli və terror təhlükəsinin səviyyəsini müzakirə etməli idi.
Ehtimal olunur ki, açılış mərasimi üçün təhlükə yük maşınlarından istifadə edərək tamaşaçı kütləsinin üzərinə sürmək və ya odlu silahla hücum etmək niyyətində olan tək terrorçulardan gələ bilər.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası bəyan etmişdi ki, “Crocus”da baş verən terror aktından sonra Avropada təhlükə riskləri artıb.

Bənzər yazılar

Back to top button