Dünya

Amerikalıların gizli fəaliyyətlərinə dair müdhiş iddia

“ABŞ Suriya terrorçularına 5 iyundan 15 sentyabra qədər olan dövrdə 1421 yük maşını hərbi sursat və silah göndərib”

“ABŞ Suriyadakı terrorçulara silah göndərir, müxalifətçilərə yox”. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bunu Suriya Ərəb Ordusunun Baş Əməliyyat İdarəsinin rəisi, diviziya generalı Əli əl-Əli bəyan edib.

“Biz bilirik ki, ABŞ Suriya terrorçularına 5 iyundan 15 sentyabra qədər olan dövrdə 1421 yük maşını hərbi sursat və silah göndərib. Bu silahlar, guya terrorizmlə mübarizə məqsədilə göndərilib, amma nəticədə İŞİD və “Ən-Nüsra Cəbhəsi” silahlılarının əlinə düşüb” — deyə yaraqlılardan götürülmüş silahların nümayişi zamanı, general bildirib.

Onun sözlərinə görə, Suriya radikallarının əlinə düşən silahların böyük hissəsi Pentaqonun ABŞ-ın müttəfiqlərinə yardım proqramı əsasında, Amerikanın müdafiə şirkətləri olan “Chemring” və “Orbital”-dan alınıb.

General əlavə edib ki, amerikalılar o silahları Yaxın Şərqə dəniz nəqliyyatı vasitəsilə göndərirlər: “O silahlar Suriyaya hökumət qoşunlarının nəzarətində olmayan sərhəd bölgələrindən daxil olur”.

Qeyd edək ki, Amerika hərbi idarəsinin nümayəndəsinin may ayında verdiyi açıqlamaya görə, sözügedən silahlar “Suriya demokratik qüvvələri”ndən olan kürdlərə göndərilib ki, onlar bu silahların köməyi ilə Raqqanı İŞİD terrorçularından azad etsinlər.

Bənzər yazılar

Back to top button