Dünya

ABŞ “Gürcüstan xalqını dəstəkləyir” – Dövlət Departamenti

Çərşənbə günü Vaşinqton “Gürcüstan xalqının yanında olduğunu”, amma Tbilisidə hökumətin öz əhalisinin istəklərinə nəzərə alacağına ümid etdiyini bildirib.

“Biz Gürcüstan xalqını və onun istəklərini dəstəkləyirik”, deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays gündəlik brifinqdə Turan-ın müxbirinin suallarına cavabda bildirib.

“Gürcüstan hökumətini dinc toplaşmaq və dinc etiraz azadlığına hörmət etməyə çağırırıq”, deyə o bildirib.

Gürcüstan polisi xarici agentlər haqqında Rusiya üslubunda mübahisəli qanuna etiraz edən minlərlə insana qarşı supüskürdənlərdən və gözyaşardıcı qazdan istifadə etdiyi bir vaxtda Vaşinqton yerlərdə hadisələrin inkişafını “diqqətlə izləməyə davam edir”.

“Biz bütün tərəfləri təmkinli olmağa və istənilən gərginlikdən və ya zorakılıqdan yayınmağa, qanunun aliliyinə və Gürcüstanın demokratik dəyərlərinə riayət etməyə çağırırıq”, deyə Prays bildirib.

“Biz … Gürcüstanın daha yaxşı gələcək qurulmasına sadiq olan müstəqil səslərini susduracaq qanuna görə … dərin narahatlıq hissi keçiririk”, deyə o əlavə edib.

“Parlamentin Kremldən ilham alan qanun layihələrini irəli sürməsi Gürcüstan xalqının Avropaya inteqrasiya və demokratik inkişafa, Avroatlantik gələcəyə nail olmaq səyləri ilə bir araya sığmır. Bütün bunlar gürcü xalqının istəklərinin, gürcü xalqının Gürcüstan müstəqillik əldə etdiyi andan etibarən onillər boyunca izlədiyi layihənin əsasında bu dayanır”, deyə Prays vurğulayıb.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button