Hadisə

Redaktor aclıq aksiyasına başlayıb

Xeberman.com saytın həbsdə olan redaktoru Polad Aslanov oktyabrın 5-dən aclıq aksiyasına başlayıb.

Bu barədə AzadlıqRadiosuna Aslanovun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. Onun sözlərinə görə, aclıq aksiyasına səbəb qeyri-qanuni həbs olunması, istintaqın obyektiv aparılmaması və heç bir əsas olmadan istintaq müddətinin əlavə olaraq 4ay uzadılmasıdır.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək hələlik mümkün olmayıb.

Bənzər yazılar

Back to top button