Hadisə

“Bilgah Beach Hotel”in 3 işçisi niyə həbs edilib?

“Yeni Bilgəh Otel” MMC-də bağban işləyən 3 nəfər həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1964-cü ildə Qəbələ rayonunda anadan olan Məcid 2012-2022, 1974-cü ildə Lerik rayonu, Geskon kəndində doğulan Əzizağa 2017-2022, 1989-cu ildə Ağcabədi rayonu, Şənlik kəndində anadan olan Rüfət 2018-2022-ci illərdə “Yeni Bilgəh Oteli” MMC-də bağban işləyiblər.

Onlar Rüfətin idarə etdiyi VAZ 2106 markalı avtomobillə işə gedib-gəliblər. 28 avqust 2022-ci il tarixdə, saat 12.00 radələrində Məcid, Əzizağa və Rüfət “Yeni Bilgəh” otelinin anbarından 1 metri 95 manat 73 qəpik olan 15 metr uzunluğunda “Prysmian” tipli kabeli çıxarıb, həmin avtomobilə yükləyiblər.

Sentyabr ayında isə onların bu əməlindən müdriyyət xəbər tutub və üçünü də işdən çıxarıb. Onların iş yerində başqa oğurluq əməlləri də törətməsindən şübhələndikləri üçün polisə məlumat verilib.

Məhkəmənin qərarı ilə hər üç şəxsə 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Qeyd edək ki, “Yeni Bilgəh Oteli” MMC “Bilgah Beach Hotel” adı ilə fəaliyyət göstərir.

Bənzər yazılar

Back to top button