Dünya

“Xarici agentlər” haqqında qanun layihəsi Gürcüstan parlamentindən geri götürülüb

Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının parlament fraksiyası martın 9-da “xarici agentlər” haqqında qanun layihəsinin geri götürüldüyünü elan edib. Parlamentin birinci oxunuşda qəbul etdiyi bu qanun layihəsi Tbilisidə kütləvi etirazlara və iğtişaşlara səbəb olub.

Sənədlər Qərb institutlarının da tənqidinə məruz qalıb.

“Biz dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarı qəbul etdik”, deyə qanunun qəbul edilməsi təşəbbüsünü irəli sürən hakim partiya və “Xalqın gücü” hərəkatının birgə bəyanatında bildirilir.

Bəyanat müəllifləri yazırlar ki, qərar ölkədə sülhün qorunması məqsədilə qəbul edilib. Qanun layihəsi cəmiyyətdə fikir ayrılıqlarına səbəb olub, onun qəbul edilməsi isə Avropa kursundan uzaqlaşma kimi qələmə verilib.

Bənzər yazılar

Back to top button