İdman

Artetadan “Real” açıqlaması

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Real”ı çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis açıqlamasında hazırda bu barədə düşünmədiyini deyib:

“Deyə bilərəm ki, bütün diqqətimi “Arsenal”a yönəltmişəm. Bu futbol klubunda gördüyüm işlərə görə son dərəcə qürurluyam və minnətdaram. Vəssalam”.

Xatırladaq ki, Arteta 2019-cu ildən “Arsenal”ın baş məşqçisidir. Mətbuatda “Real”ın indiki çalışdırıcısı Karlo Ançelottini istefaya göndərəcəyi, onun yerinə isə Mikel Artetanı gətirəcəyi haqda məlumatlar yayılıb.

Bənzər yazılar

Back to top button