İdman

Messi bunu 300-cü dəfə bacardı

Fransa Liqasının 27-ci turunda “Brest”lə keçirilən oyun PSJ-nin futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, argentinalı hücumçu 2:1 hesabı ilə qalib gəldikləri matçın 90+1-ci dəqiqəsində Kilian Mbappenin vurduğu qolun ötürməsini edib.

Bu, Messinin klub formasında etdiyi 300-cü qol ötürməsi olub.

Qeyd edək ki, Messi bu mövsüm Fransa Liqasında 22 görüşdə 13 qol vurub və eyni sayda qol ötürməsi edib.

Bənzər yazılar

Back to top button