CəmiyyətGündəmManşet

Deputatdan Ramiz Rzayevə ağır sözlər: Ölkənin ən varlı adamı…

Deputat Etibar Əliyev Ali Məhkəmənin səlahiyyət müddəti bitən sabiq sədri Ramiz Rzayevə ağır ifadələrlə ittihamlar səsləndirib.

Deputatın sözlərinə görə, Ramiz Rzayev ölkənin ən varlı adamlarından biridir:

“Məhkəmə – ədalətin simvoludur. Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti bitib və mən etik prinsiplərə əməl etmədən deyirəm ki, adam rədd olub gedib, bu sistemdən. Bu adam nəyinsə müqabilində saxta diplomlu hakimləri müdafiə edib. Onları irəli çəkib. Bu adam aşağı məhkəmə orqanlarının qərarlarını maddi marağı səviyyəsində dəyərləndirib. Bu adam işində hər addımda Konstitusiyamızın maddələrini kobud şəkildə pozub. Bu adam məhkəməni şəxsi mülkiyyətinə çevirmişdi. Ən varlı adamlardan biridir. Obyektlərinin, evlərinin sayının həddi- hüdudu yoxdur. Və bu adamın işdən rədd olunmasını dəstəkləyən bir müsbət fikrə rast gəlmisinizmi? Mümkün deyil…Məhkəmə sisteminə vurduğu ağır və sarsılmaz zərbələrin bərpası üçün böyük vaxt itkisi tələb olunacaq. Məhkəmə sistemində də toy- bayramdır”.

Bənzər yazılar

Back to top button