Hadisə
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri qəflətən vəfat edib

Martın 12-də Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov qəflətən vəfat edib.
Penitensiat Xidmət rəsmi Facebook səhifəsində başsağlığı yayıb.
Sadıqovun ailəsindən bildirblər ki, o, yüksək təzyiqdən dünyasını dəyişib: “Mehmanın xəstəliyi yox idi. Anidən təzyiqi yüksəldi və beyninə qan sızdı. Noyabrın 19-u 60 illik yubileyi olacaqdı”, deyə Sadıqovun həyat qoldaşı bildirib.
Rəsmi qurumlar Sadıqovun ölümünün səbəbi ilə bağlı hələ məlumat yaymayıb.(Turan)