İdman

Xavi “Barselona”nın bu mövsümkü kəşfini açıqladı

“Barselona”nın baş məşqçisi Xavi komandasının bu mövsümkü kəşfinin adını açıqlayıb.

Qol.az xəbər verir ki, mütəxəssis “Atletik”lə 25-ci turun oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında futbolçusu Alexandro Balde ilə bağlı sualı da cavablandırıb.

Balde dünənki matçın ən yaxşılarından olub. Xavi bildirib ki, 19 yaşlı bu sol cinah müdafiəçisinin potensialı çox yüksəkdir.

“O, Barselona”da uzun karyera qura bilər. Balde bu mövsümün böyük süprizi və ən böyük kəşfidir. Balde çox yüksək səviyyədə oynayır və daha da inkişaf edir” – deyə Xavi bildirib.

Qeyd edək ki, İspaniyanın əsas millisinin də üzvü olan Balde bu mövsüm “Barselona” ilə bütün turnirlərdə 32 oyun keçirib, 5 qolun ötürməsini edib.

Bənzər yazılar

Back to top button