Siyasət

Putin Paşinyanı konstruktiv olmağa çağırıb

Bazar ertəsi Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.

“Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşmalarının həyata keçirilməsi, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası və Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması məsələlərini müzakirə ediblər.

Eyni zamanda, Putin Ermənistan baş naziri ilə Dağlıq Qarabağla bağlı bütün məsələlərin tərəflərin Rusiya sülhməramlıları ilə sıx əlaqə saxlaması ilə konstruktiv həllinin zəruriliyini müzakirə edib”, deyə Kremlin məlumatında bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button