Hadisə

“İran casus şəbəkəsinin” ifşası məsələsi qəribə görünür

Azərbaycanda “İran casus şəbəkəsinin” ifşa edilməsi haqqında martın 12-də hökumətyönlü KİV-lərdə yayılan məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.

Təhlükəsizlik Xidmətindən və DİN-dən Turan-ın sorğularına cavab olaraq növbəti casus qrupunun saxlanılmasının təsdiqini almaq mümkün olmayıb.

Eyni zamanda, güc qurumları istinad olmadan yayılan bu məlumatları təkzib etmir.

Qüvvədə olan qanunvericiliyə əsasən, bu cür materialların istinadsız və məhkəmə qərarı olmadan cinayət törətmək ittihamı ilə dərc edilməsi kobud pozuntudur. Bu məlumatı dərc edən KİV-lər cəzalandırılmalıdır və bağlana bilərlər.

Bənzər yazılar

Back to top button