GündəmSiyasət

Azərbaycan silah idxalını azaldıb

Azərbaycan ilk dəfə olaraq dünya üzrə ən çox silah alan 40 ölkənin arasında yer almayıb.

Yeniavaz.com Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun açıqladığı məlumatlara istinadən bildirir ki, əvvəkli illərdə Azərbaycan dünyada ən çox silah idxal edən 40 ölkədən biri olub.

Məlumat üçün bildirək ki, 2010-2014-cü illərdə Azərbaycanın dünya üzrə qeydə alınan ümumi silah idxalında payı 1,5% olub və ölkələrin sıralamasında 23-cü yerdə qərarlaşıb.

2017-21-ci illərdə isə Azərbaycanın silah idxalında payı 0,5% olub və ölkələrin sıralamasında 37-ci sıraya geriləyib.

Azərbaycan hesabatda yer almadığ üçün hansı ölkələrdən silah aldığı da açıqlanmayıb. Hesabatda yer alan məlumatlardan belə görünür ki, Azərbaycan İsrailin ən çox silah satdığı 2-ci ölkə olub. İsrailin ümumi ixracının 9,1%-i Azərbaycanın payına düşüb. 2017-21-ci illərdə bu göstərici 13% olub.

Bənzər yazılar

Back to top button