Hadisə

Saatlıda yolu bağlayan bir qrup sakin saxlanıldı

Daxili İşlər Nazirliyi Saatlıda bir qrup sakinin magistral yolu bağlamasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolu bağlamağa cəhd edib. Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar.

Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da, bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək, ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.

Hazırda araşdırmalar aparılır.

Bənzər yazılar

Back to top button