Dünya

Qorxunc proqnoz: “195 milyon tam zamanlı iş yeri itirilə bilər”

“Koronavirus səbəbində dünya miqyasında zavod və fabriklər bağlandığından bu ilin ikinci rübündə 195 milyon tam zamanlı iş yerinin itirilə biləcəyi ehtimal edilir”.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder deyib. O, təşkiların proyeksiyasının virusun təsirlərinə əsaslandığını bildirib.

“Bütün dünyada iş saatlarında azalma müşahidə edilir. İşimiz bu azalmanın nə qədər olduğunu təxmin etməkdir. Karantin rejiminin qismən yaxud tamamilə tətbiq olunduğu ölkələrdə hər 5 işçidən 4-ü pandemiyanın təsirinə məruz qalır. İş dünyası çökmüş vəziyyətdədir. Baş verənlərdən ən çox 4 sektor əziyyət çəkir. Bunlar qida və otelçilik, pərakəndə və topdansatış fəaliyyətləri, biznes xidmətləri, həmçinin idarəetmə və istehsal sənayesidir. Dünya üzrə ümumi məşğulluğun 37,5 faizi bu dörd sektorun payına düşür”, – deyə o, bildirib.

Statistikaya görə pandemiya səbəbindən alınan karantin tədbirləri dünya üzrə 2,7 milyard işçinin, yaxud bütün işçilərin 81 faizinin fəaliyyətinə təsir edib.

Bənzər yazılar

Back to top button