
Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə i24 telekanalı məlumat yayıb.
Bildirilib ki, səfirliyin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə olacaq.
Açılışda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.
Məlumat üçün deyək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub.