İdman

İspaniya çalxalanır: İndi də “Real” ittiham olunur

La Liqanın sabiq hakimi İturralde Qonsales Florentino Peres tərəfindən təzyiqə məruz qaldığını iddia edib.

Qeyd edək ki, bir müddət əvvəl “Real”ın klub televiziyası La Liqada baş hakim Karlos Klos Qomesin Madrid klubuna qarşı etdiyi səhvlərlə bağlı reportaj yayıb.

Aut.az xəbər verir ki, İturralde Madrid klubu televiziyasının jurnalistlərinin işini tənqid edib:

“Real”ın televiziyasının prinsipi budur. Jurnalistsinizsə, suala cavab verin, kim məni ayrı otağa kim çağırdı? Araşdırın. Beləliklə, müəyyən insanların necə təzyiq göstərməyə çalışdığını görə bilərsiniz.

“Deportivo” ilə matçdan sonra (2010/11 mövsümündə “Santyaqo Bernabeu”da “Real”ın 6:1 hesablı qələbəsi ilə başa çatan matç – red.) köməkçilərlə birlikdə meydanı tərk edirdik. Bir nəfər yaxınlaşaraq məni otağa aparmaq istədi və belə dedi: “Mən sadəcə xahiş edirəm ki, “Barsa” ilə necə davranırsansa, bizimlə də elə davran. Ondan zarafat edib-etmədiyini soruşdum və dedim ki, söhbət bitdi. Yarım saatdan sonra Texniki Hakimlər Komitəsinin (TKK) bundan xəbəri var idi.

Madam ki, “Real”ın televiziyasının əməkdaşları yaxşı jurnalistdirlər, araşdırsınlar. Mən onların işini asanlaşdıracağam: qoy yuxarıdan başlasınlar.

İndiyə qədər heç bir prezident məni şəxsi otağına dəvət etməyib. “Real”ın prezidenti Florentino Peresdən savayı. Bununla bağlı protokol var, orada hər şeyi qeyd etmişəm. İspaniyada korrupsioner hakimlər yoxdur, biz bundan yuxarıdayıq.

Enrikes Neqreyranın hakimlər üzərində heç bir səlahiyyəti yox idi. İndi çox təəssüf ki, klub televiziyasından istifadə edirlər. Bu, dünyanın ən yaxşısı sayılan kluba yaraşmaz. Bu reportaj iyrəncdir, nalayiqdir. Klos Qomes dəfələrlə həm “Real”ın əleyhinə, həm də lehinə səhvlər edən dürüst bir insandır, lakin onlar yalnız onun səhvlərini xatırladırlar. Bütün bunlar isə prezidentlərinə imkan verir”.

“Real”ın klub televiziyası İturraldenin sözlərinə La Liqada hakimlik etdiyi 17 il ərzində “kral klubu”na qarşı etdiyi səhvləri ehtiva edən 4 dəqiqəlik video ilə cavab verib. Videonun girişində deyilir: “Bu, nəhayət maskasını çıxaran və media vasitəsilə “Real”a hücum edən hakim İturralde Qonsalesdir”.

Bənzər yazılar

Back to top button