İdman

“Qarabağ” – “Qalatasaray” oyununa biletlərin QİYMƏTLƏRİ

“Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək.

Matç Bakı Olimpiya Stadionunda baş tutacaq.

Ayın 26-da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunan gəlir Türkiyədən zəlzələdən əziyyət çəkənlər üçün təsis edilmiş yardım fonduna köçürüləcək.

“Qarabağ” azarkeş marağını nəzərə alaraq, 60 min civarında bilet sifariş edib. Qiymətləri münasib hesab etmək olar.

Yaxın günlərdə satışa çıxarılacaq əksər biletlərin qiyməti 2-5 manat arasında dəyişir. Ən bahalı bilet isə 100 manatdır.

Bənzər yazılar

Back to top button