Gündəm

Sərhəddə və Qarabağda atışma

Martın 13-dən 14-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri erməni tərəfdən fasilələrlə 19 dəfə atəşə tutulub, Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Kəlbəcər rayonunun İstisu və Mollabayramlı Laçının Caqazur, Daşkəsənin Astaf vəTəzəkənd yaşayış məntəqələri istiqamətində Azərbaycan mövqelərinə atıcı silahlardan atəş açılıb.

Eyni zamanda, Qarabağdakı erməni birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin Xocalı rayonundakı mövqelərini atəşə tutublar. Azərbaycan tərəfi adekvat tədbirlər görüb, məlumatda deyilir.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan mövqelərinə atəş açıldığını təkzib edir.(Turan)

Bənzər yazılar

Back to top button