GündəmManşetSiyasət

Xankəndi Bakının danışıqlara dəvətini qəbul etməyib

Qarabağ erməniləri reinteqrasiya üzrə əlaqələrin davam etdirilməsi, həmçinin Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirəsi üçün yaxın günlərdə Bakıda görüşlə bağlı Azərbaycan Prezident Administrasiyasının dünənki dəvətini qəbul etməyiblər.

Xatırladaq ki, ilk görüş bir neçə gün öncə olub və mədənin istismarı ilə bağlı cari məsələlərə həsr edilib. Görüşdən sonra Qarabağın erməni icmasının rəhbəri Araik Arutyunyan kəskin bəyanatla çıxış edərək təkrarlayıb ki, Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərində məskunlaşmış erməni sakinlərin Azərbaycanın tərkibinə qayıtması heç vaxt baş tutmayacaq.

Danışıqlar yalnız bərabərhüquqlu tərəflər kimi mümkündür, – Qarabağda separatçıların qondarma “prezident”inin müşaviri, keçmiş “xarici işlər naziri” David Babayan bildirib.

“Danışıqlar yalnız bərabərhüquqlu tərəflər arasında, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin timsalında beynəlxalq vasitəçilərin iştirakı ilə davam edə bilər. Arsax, Azərbaycan, Ermənistan formatı hələ 1994-cü ildə təsbit edilib”, – Babayan Azərbaycan Prezident Administrasiyasının Qarabağ ermənilərinin Bakıya danışıqlara gəlmək dəvətinə cavab verərkən izah edib.

Babayan həmçinin Bakıdan bərabərhüquqlu dövlətlər üçün tətbiq olunan qaydalara riayət etməyi tələb edir.

“Beynəlxalq səviyyədə qəbul edilmiş davranış forması var. Danışıqlara dəvət KİV vasitəsilə çatdırılmır, əgər təbii ki, görüntü yaratmaq üçün yox, danışıqlar aparmaq üçündürsə. Məktub vasitəçilər və ya birbaşa olmalıdır, KİVvasitəsilə yox. Və üçüncüsü, Bakıya xatırladırıq ki, “Dağlıq Qarabağın erməni icması” yoxdur. Dağlıq Qarabağ Respublikası tanınmamış olsa da dövlətdir. Və Azərbaycan üçün tanınmamaq heç də maneə deyil, bunu onun Şimali Kipr Türk Respublikası və Tayvanla əlaqələri də göstərir “, – Babayan bildirib.(Turan)

Bənzər yazılar

Back to top button