ManşetSiyasət

Qarabağ erməniləri Xocalıda danışıqlara hazırdır, amma inteqrasiya haqqında yox

“Qarabağ Xarici İşlər Nazirliyi” növbəti görüşün Bakıda keçirilməsilə bağlı Azərbaycanın dəvətinə cavab verib.

“Görüşlər Rusiya sülhməramlılarının vasitəçiliyilə və martın 1-də keçirildiyi yerdə keçirilə bilər. Müzakirələr humanitar, infrastruktur, texniki məsələlər üzrə lazımsız siyasiləşmə olmadan aparılmalıdır”, – məlumatda deyilir.

Siyasi məsələlərə gəlincə, “Qarabağ münaqişənin beynəlxalq səviyyədə tanınmış və təsdiq edilmiş formatda, tərəflərin bərabərhüquqlu olmasına və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə beynəlxalq təminatların olması şəraitində hərtərəfli nizamlanması üzrə danışıqlara sadiqdir”, – Qarabağ erməniləri hesab edirlər.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezident Administrasiyası Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası ilə bağlı məsələləri müzakirə etmək üçün Qarabağ ermənilərindən ibarət nümayəndə heyətini Bakıya danışıqlara dəvət edib.(Turan)

Bənzər yazılar

Back to top button