Siyasət

Paşinyan: “Azərbaycanla danışıqlar dalana dirənib”

Yerevan fevralın ortalarında sülh müqaviləsi layihəsilə bağlı verdiyi təkliflərə Bakıdan cavab alıb. Bunu martın 14-də mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“2-3 gün öncə Azərbaycandan cavab aldıq. İrəliləyiş varmı? Qeyd etmək lazımdır ki, biz müəyyən irəliləyiş görürük. Ancaq nə qədər irəliləsək, bir o qədər fundamental problemlər ortaya çıxır”, – Paşinyan deyib.

Onun sözlərinə görə, Bakı sülh müqaviləsində Ermənistana qarşı “ərazi iddialarını” möhkəmləndirməyə çalışır.

Azərbaycanın sülh müqaviləsilə bağlı təklifləri ona “Dağlıq Qarabağda etnik təmizləmə və ya soyqırım aparmaq üçün mandat verir. Təbii ki, bu da bizim üçün qırmızı xəttdir”, – Paşinyan deyib.

Bakı həmçinin gələcək sülh müqaviləsinin bəndlərinin yerinə yetirilməsinə zəmanət sisteminin olmamasına nail olmağa çalışır ki, bu da Ermənistan üçün “qırmızı xətt”dir.

Paşinyan vurğulayıb ki, Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyi Yerevan üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Lakin əsas dialoq Qarabağla Bakı arasında “beynəlxalq mexanizm və zəmanətlərdən istifadə olunmaqla” aparılmalıdır.(Turan)

Bənzər yazılar

Back to top button