Siyasət

ABŞ Avropa Komandanlığının briqada generalı Azərbaycana gəlib

Martın 14-də ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana gəlib.

ABŞ-ın Bakıdakı səfirliyi bildirib ki, ikigünlük səfər çərçivəsində Edvard Voqan Azərbaycan Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin nümayəndələrilə görüşlər keçirəcək.

“Briqada generalı Voqan təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək”, – məlumatda deyilir.

Bənzər yazılar

Back to top button