GündəmSiyasət

Baş Qərargah rəisi ABŞ Avropa Komandanlığının nümayəndə heyətilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Martın 14-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev briqada generalı Edvard Voqanın rəhbərliyilə ABŞ Avropa Komandanlığının nümayəndə heyətilə görüşüb.

Görüşdə qonaqlara azad edilmiş ərazilərdəki vəziyyət, Azərbaycan-Ermənistan sərhədində və Qarabağda mövcud vəziyyət barədə məlumat verilib.

Hərbi sahədə ikitərəfli əməkdaşlığın nəticələrindən məmnunluq ifadə edilib.

Edvard Voqan əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda ərəflər Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.

Bənzər yazılar

Back to top button