İqtisadiyyat

Millət vəkili: “Biznesmenlər əməkdaşlarını müqaviləsiz işləməyə məcbur edir”

“Azərbaycanda həssas təbəqənin sayı həddindən artıq çoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Prezident İlham Əliyevin videokonfrans rejimində keçirdiyi müşavirə zamanı birdəfəlik ödəmə ilə bağlı müraciət edən işsizlərin sayının kəskin artdığını və araşdırılmanın aparılmasına göstəriş verməsi ilə bağlı fikirini şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident 200 min həssas təbəqənin sayının 600 minə qaldırılması ilə bağlı verdiyi göstəriş çox mühüm humanist addım idi:

“Həssas təbəqədən olan vətəndaşlar bir ay yox, iki ay müddətində koronavirus pandemiyası ilə bağlı karantin vəziyyəti stabilləşənə kimi maddi cəhətdən təmin edilməlidir. Məsələ ondan ibarətdir ki, bəzi iş adamları, biznesmenlər imzalanmış müqavilələrini göstərmir. Eyni zamanda müqavilələr imzalanmır və onlar əməkdaşlarını müqaviləsiz şəkildə işləməyə məcbur edir. Məhz buna görə də işsizlərin sayı məşğulluq idarəsində qeydiyyata götürülmür. Hətta bununla bağlı seçicilər də bizə müracət edib bildirirlər. Onların öz maraqları var”.

Arzu Nağıyev qeyd edib ki, Prezidentin göstərişi mühüm əhəmiyyət kəsb edir:

“Bu istiqamətdə araşdırmalar aparılmalı və real vəziyyətin nədən ibarət olması aydınlaşmalıdır. Bu araşdırılmadan sonra nə qədər işsizin olması və müqaviləsiz işləyənlərin sayı aydınlaşacaq”.

Bənzər yazılar

Back to top button