İdman

“Real”ın 300 milyonluq planı

“Real”ın yay transfer pəncərəsi üçün planı bəlli olub.

Aut.az xəbər verir ki, Madrid təmsilçisi 3 ulduz futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə “Fichajes” məlumat yayıb. “Kral klubu” bunun üçün 300 milyon avro xərcləyəcək. Bu pul PSJ-nin futbolçusu Kilian Mbappeyə, ümumiyyətlə xərclənməyəcək.

“Real” Fransa millisinin ulduzunun yerinə, 3 yeni futbolçu almağı planlaşdırır. Siyahıda “Borussiya Dortmund”dan Cud Bellingem, “Napoli”dən Xviça Kvaratsxeliya və “Mançester Siti”dən Joau Kanselo var.

Bənzər yazılar

Back to top button