İdman

Qurban Qurbanov: “Qalatasaray”la matç üçün digər klublardan futbolçu götürə bilərik”

“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Aut.az xəbər verir ki, milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədə baş tutacaq görüşdə “atlılar” heyətin azlığına görə digər Azərbaycan klublarından oyunçu götürə bilər.

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov ARB24 telekanalına açıqlamasında söyləyib:

“Bu cür böyük klubların Azərbaycana gəlməsi həm futbolu sevdirir, həm də bizim təcrübəmizi bir az daha artırır. Xoş olacaq. Sabahkı oyundan (Premyer Liqanın XXVII turunun “Sumqayıt”la görüşü – red) sonra bir az istirahət edəcəyik.

Oyunçu baxımından ehtiyatlanmaq istəyirik. Ola bilər ki, digər klublarımızdan heyətə bir-iki futbolçu dəvət edək. Bununla bağlı müraciət edə bilərik. Razılıq versələr, ola bilər ki, belə bir dəyişiklik olsun”.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Görüşdən gələn gəlir Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə yardım üçün xərclənəcək.

Bənzər yazılar

Back to top button