ManşetSiyasət

İrəvanın sülh üçün müharibə istəyi – Paşinyan nəyin mesajını verir?

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirlərdən iki nəticə çıxır:

1. Rəsmi İrəvan sülh müqaviləsinin imzalanması prosesini uzatmaqda israrlıdır;
2. Masada danışıqlar davam etsə də, İrəvanın mövcud mövqeyi eskalasiya riskini hər keçən gün daha da artırır;

Paşinyan bildirir ki, Bakı İrəvanın sülh müqaviləsinə dair təkliflərinə cavabı göndərib və Ermənistanın “qırmızı xətləri”nə dair fundamental problemlər var. O iddia edir ki:

– Bakı sülh müqaviləsinə “Ermənistana qarşı ərazi iddialarını” həyata keçirir;
– Qarabağda “etnik təmizləmə və soyqırımı” həyata keçirmək üçün mandat almağa çalışır;
– Eyni zamanda, gələcək razılaşmanın bəndlərinin həyata keçirilməsi üçün təminat sisteminin olmamasını nəzərdə tutan xətt irəli sürür;

Paşinanın “qırmızı xətt” elan etdiyi bu iddialar, əslində Ermənistanın sülh müqaviləsindən imtinası deməkdir:

Birincisi, “Ermənistana qarşı ərazi iddiaları” dedikləri məsələ böyük ehtimalla, Bakının SSRİ dövründə Azərbaycandan alınan ərazilərin, eləcə də 1990-cı illərdə işğal edilmiş Kərki kəndi və Qazaxın 7 kəndinin qaytarılması tələbidir: Azərbaycan sərhədin delimitasiyası prosesində bu ərazilərin azad edilməsi məsələsini aktual olaraq saxlayır;

İkincisi, Qarabağla bağlı mövqe Azərbaycana qarşı ərazi iddialarının davam etdirilməsi deməkdir: İrəvan oyun oynayır, ərazi bütövlüyünün tanınmasını qəbul edir, buna paralel olaraq, Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyinin qorunması” adı altında “erməni anklavı”nın yaradılmasına çalışır;

Üçüncüsü, “erməni anklavı” planını beynəlxalq nəzarət mexanizmləri əsasında yaratmaq istəyir;

Ermənistanın bu oyununun Azərbaycan tərəfindən qəbul edilməyəcəyi bəllidir. Paşinyanın açıqlamaları isə sülhün əldə edilməsi üçün müharibəni qaçılmaz edir.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button