İdman

İrəvanda keçiriləcək Ermənistan-Türkiyə oyunundan əvvəl narazılıq

2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ilk turu çərçivəsində martın 25-də İrəvanda baş tutacaq Ermənistan və Türkiyə milli komandalarının oyunu üçün nəzərdə tutulan biletlərin hamısı satılıb.

Yeniavaz.com “Hraparak” nəşrinə istinadən bildirir ki, oyun 15 min azarkeş tutumuna sahib olan Vazgen Sarkisyan adına Respublika stadionunda keçiriləcək.

Bildirilir ki, bir həftə əvvəl biletlər onlayn satışa çıxarılıb və hamısı satılıb.

Daha əvvəl elan olunub ki, martın 13-də biletlər stadionun kassalarında da satılacaq. Lakin, biletlərin hamısı onlayn satıldığı üçün kassalarda bilet qalmayıb və bu erməni azarkeşlərin narazılığına səbəb olub.

Bənzər yazılar

Back to top button