GündəmManşetSiyasət

Paşinyanın destruktiv bəyanatları sülh prosesini pozur – Azərbaycan XİN

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın ifadələrini tamamilə əsassız və tarixi faktları kobudcasına təhrif edən iddialar adlandırıb.

O, KİV üçün şərhində bildirib ki, Paşinyanın bugünədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümləsən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistan üçün heç bir xeyirli gələcək vəd etmir.o

O, Ermənistanın Bakının erməni sakinlərlə dialoquna müdaxilə etməyə çalışmasının və Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyinə məhəl qoymamasının qəbuledilməz olduğunu bildirib.

“Ermənistan baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək”, deyə o qeyd edib.

Paşinyanın yalnız Ermənistanın təkliflərinin və “beynəlxalq müxanizmlər” və “beynəlxalq zəmanət institutu” haqqında tələbinin qeyd olunduğu layihəni imzalamağa hazır olduğu haqqında bəyanatı onun destruktiv mövqeyinin növbəti sübutudur.

Bənzər yazılar

Back to top button