Dünya

Koronavirusdan sonrakı ilk rübdə Çinin xariclə ticarətində vəziyyət belədir

Bu ilin birinci rübündə Rusiya Federasiyası və ÇXR arasında ticarət dövriyyəsi 3,4% artaraq 25,35 milyard dollara çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat verib.

Məlumata görə, Çindən Rusiyaya mal və xidmət tədarükünün həcmi 14,6% azalaraq 9,151 milyard dollara düşüb. Rusiya mallarının Çinə idxalı isə 17,3% artaraq 16,202 milyard dollara çatıb.

Bununla yanaşı, Çinin ABŞ-la ticarət dövriyyəsi 20,1% azalaraq 95,74 milyard dollara enib.

Ümumiyyətlə, göstərilən dövrdə Çinin xarici ticarəti il ərzində 8.4% azalaraq 943.22 milyard dollara düşüb.

Bənzər yazılar

Back to top button